Posted on

Pitiminutka haqqında geniş bilgi

Pitiminutka haqqında geniş bilgi

Su qızdırıcıları yanacaq növündon asılı olaraq iki esas qrupa bölünür: Qaz ve Elektrik. Su qızdırıcılarının ( pitiminutka) termosifondan (elektrik ile işleyen su qızdırıcısından) esas ferqi, içeridən keçen suyu derhal istileşdire bilmesidir. Termosifonlarda ise çen var ve bu çendeki su qızdırıldıqdan sonra istifadeye yararlı olur.

QAZLA İŞLƏYƏN SU QIZDIRICILARI – PİTİMİNUTKALAR

Qaz ilə işləyən “Su qızdırıcıları” (Pitiminutka) və ya başqa bir deyişlə “Qaz Kalonkaları” qaz qarelkası  vasitəsilə  qaz yanacağını hava ilə yandırır, əmələ gələn enerji ilə esanjordan  keçən suyu qızdırır və yanma  nəticəsində yaranan tullantı qazları çölə atırlar.

Pitiminutkaların iki tipi vardır: Baca tipli və Hermetik

Baca  tipli Pitiminutka (ənənəvi)

Baca tipli su qızdırıcılarında yanma üçün tələb olunan hava cihazın yerləşdiyi yerdən alınır. Tullantı qazlar klassik baca bağlantısı (qarmoşka) ilə çölə çıxarılır. Bu tip cihazlar mövcud olduğu mühit üçün açıqdır. Yəni sağdan, soldan pitiminutkanın içinə hava daxil olur və bu da alovlanma üçün zəruri olan havadır.

Bu pitiminutkaların təhlükəsiz istifadəsi üçün aşağıdakılara əməl olunmalıdır.

  • Su qızdırıcısı quraşdırıldıqdan sonra  mütləq bacaya bağlanmalıdır.
  • Su qızdırıcısı yaxşı havalandırılan bir yerə qoyulmalı və su qızdırıcısının yerləşdiyi yerə həmişə təmiz hava girməlidir. Havalandırmanı təmin etmək üçün həmçinin  qapının altından 3 sm kəsmək lazımdır.
  • Ətraf mühitin düzgün havalandırılmasını təmin etməklə yanaşı, ən azı 6 m3, və ya təxminən 2,5 m2 ərazidə quraşdırılmalıdır.

BACA BAĞLANTISI:

  • Su qızdırıcısı bacaya bağlanmalıdır. Bacaya qoşulmadan qəti şəkildə istifadə edilməməlidir.
  • Tullantı qaz borusu ən qısa yoldan baca ilə birləşdirilməlidir.
  • Baca qaz borusu bir az yuxarı qalxmalı və baca kanalına qoşulmalıdır.
  • Tullantı qaz borusunun diametri  11 sm olmalıdır.
  • Dirsəklə qaz sütunu başlığı arasındakı boru hissəsinin uzunluğu ən az 33 sm olmalıdır.

Hermetik  Pitiminutka ( Yeni Nəsil)

Yeni nəsil Hermetik tipli pitiminutkalar isə mühitə tamamilə bağlıdır və yanma üçün tələb olunan hava, xüsusi baca sistemi vasitəsi ilə çöldən alınır və tullantı qazları  eyni baca sistemi ilə çölə atır.

Bu Hermetik su qızdırıcıları çöl  divara açılan bir boşluğa quraşdırılmalıdır.  Quraşdırıldığı otağa qapalı olan bu cihaz, otağın havasından istifadə etmədiyi üçün otağın həcmi önəmli deyildir və havalandırma ehtiyacı duymaz.

İstəyirsinizsə, üst və alt hissələrdə havalandırma pəncərələri olması şərti ilə bir şkafa da qoyula bilər. Ancaq bu vəziyyətdə nəzərə alınacaq nüans, şkaf divarları ilə su qızdırıcısının xarici gövdəsi arasında ən az 15 sm məsafənin qoyulmasıdır.

Bundan əlavə, pitiminutkanın soyuması üçün alt və üst hissələrdə havalandırma pəncərələri olmalıdır. Bu pəncərələr bitişik bir daxili mühitə və ya birbaşa xarici atmosferə açılmalıdır. Hermetik su qızdırıcısı xarici divar cihazıdır.Heç vaxt klassik bacaya(bina evlərindəki)  bağlanmır.  

Pitiminutka quraşdırılan zamanı nələrə diqqət edilməlidir?

  • Pitiminutkanın quraşdırıldığı yerdə donma riski olmamalıdır.  
  • Su qızdırıcısı bacaya mümkün qədər yaxın yerdə quraşdırılmalıdır.  
  • Pitiminutka bir istilik mənbələrinə yəni mətbəxdə qazın, radiatorun və s. üzərinə quraşdırılmamalıdır.
  • Su qızdırıcısı asanlıqla işə salına biləcəyi bir vəziyyətdə və hündürlükdə quraşdırılmalıdır.
  • Hamam və duş kabinalarında pitiminutkaların istifadəsi qəti qadağandır.
  • Qaz sızıntısı nəzarətində heç vaxt alovdan  istifadə edilməməli, yoxlanışlar sabun köpüyü ilə aparılmalıdır.
  • Təhlükəsizliyi və təzyiqi asanlıqla təmin etmək üçün təbii qaz girişində bir qaz klapanı  və qaz nizamlayıcı quraşdırılmalıdır.