BirKart ilə Hissə-Hissə Ödə!

Su Qizdirici Növləri – Pitiminutka

Su qizdirici yəni Pitiminutkalar yanacaq növündən asılı olaraq iki əsas qrupa bölünür: qaz və elektrik. Su qızdırıcılarının termosifondan (elektrik ilə işləyən su qızdırıcısından) əsas fərqi, içəridən keçən suyu dərhal istiləşdirə bilməsidir. Termosifonlarda isə çən var və bu çəndəki su qızdırıldıqdan sonra istifadəyə yararlı olur.

QAZLA İŞLƏYƏN SU QİZDİRİCİLAR – PİTİMİNUTKALAR

Qaz ilə işləyən “Su qızdırıcıları” (Pitiminutkalar) və ya başqa bir deyişlə “Qaz Kalonkaları” qaz qarelkası  vasitəsilə  qaz yanacağını hava ilə yandırır, əmələ gələn enerji ilə esanjordan  keçən suyu qızdırır və yanma  nəticəsində yaranan tullantı qazları çölə atırlar.

Qazla işləyən  Pitiminutkaların iki tipi vardır: Baca tipli və Hermetik

Baca  tipli Pitiminutkalar

Baca tipli su qızdırıcılarında yanma üçün tələb olunan hava cihazın yerləşdiyi yerdən alınır. Tullantı qazlar klassik baca bağlantısı (qarmoşka) ilə çölə çıxarılır. Bu tip cihazlar mövcud olduğu mühit üçün açıqdır.

Baca tipli su qızdırıcılarından təhlükəsiz  və səmərəli istifadə etmək üçün aşağıdakı qaydalara ciddi əməl olunmalıdır.

  • Su qızdırıcısı quraşdırıldıqdan sonra  mütləq bacaya bağlanmalıdır.
  • Su qızdırıcısı yaxşı havalandırılan bir yerə qoyulmalı və su qızdırıcısının yerləşdiyi yerə həmişə təmiz hava girməlidir. Havalandırmanı təmin etmək üçün həmçinin  qapının altından 3 sm kəsmək lazımdır.
  • Ətraf mühitin düzgün havalandırılmasını təmin etməklə yanaşı, ən azı 6 m3, və ya təxminən 2,5 m2 ərazidə quraşdırılmalıdır.

BACA BAĞLANTISI:

  • – Su qızdırıcısı bacaya bağlanmalıdır. Bacaya qoşulmadan qəti şəkildə istifadə edilməməlidir.
  • – Tullantı qaz borusu ən qısa yoldan baca ilə birləşdirilməlidir.
  • – Baca qaz borusu bir az yuxarı qalxmalı və baca kanalına qoşulmalıdır.
  • – Tullantı qaz borusunun diametri  11 sm olmalıdır.
  • – Dirsəklə qaz sütunu başlığı arasındakı boru hissəsinin uzunluğu ən az 33 sm olmalıdır.

Hermetik  Pitiminutkalar

Hermetik tipli cihazlar isə mühitə tamamilə bağlıdır və yanma üçün tələb olunan hava, xüsusi baca sistemi vasitəsi ilə çöldən alınır və tullantı qazları  eyni baca sistemi ilə çölə atır.

Hermetik su qızdırıcıları çöl  divara açılan bir boşluğa quraşdırılmalıdır.  Quraşdırıldığı otağa qapalı olan bu cihaz, otağın havasından istifadə etmədiyi üçün otağın həcmi önəmli deyildir və havalandırma ehtiyacı duymaz.

İstəyirsinizsə, üst və alt hissələrdə havalandırma pəncərələri olması şərti ilə bir şkafa da qoyula bilər. Ancaq bu vəziyyətdə nəzərə alınacaq nüans, şkaf divarları ilə su qızdırıcısının xarici gövdəsi arasında ən az 15 sm məsafənin qoyulmasıdır.

Bundan əlavə, cihazın soyuması üçün alt və üst hissələrdə havalandırma pəncərələri olmalıdır. Bu pəncərələr bitişik bir daxili mühitə və ya birbaşa xarici atmosferə açılmalıdır. Hermetik su qızdırıcısı xarici divar cihazıdır.Heç vaxt klassik bacaya(bina evlərindəki)  bağlanmır.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *